https://news.day.az/azerinews/1841811.html 12 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbir zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən 23 yaşlı Vüsal Nəsirov və onunla əlbir olan yetkinlik yaşına çatmayan tanışı A.Əbilzadə saxlanılıblar.

12 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

Azərbaycanca, 16 июня 2026 15:55 (UTC +04:00) 241
12 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbir zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən 23 yaşlı Vüsal Nəsirov və onunla əlbir olan yetkinlik yaşına çatmayan tanışı A.Əbilzadə saxlanılıblar. 

Bu barədə Day.Az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, onların sərnişin kimi istifadə etdiyi avtomobildən 9 kiloqram 915 qram marixuana, ümumilikdə 2 kiloqram isə heroin və metamfetamin aşkar edilərək götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri paytaxt ərazisində qanunsuz dövriyyəyə buraxmaq məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər. 

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости