Sabah müəllimlərin sertifikasiya imtahanları BAŞLAYIR
Sabahdan müəllimlərin sertifikasiya imtahanları başlayır.
Day.Az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumatına görə, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 17-19 və 23-25 iyun 2026-cı il tarixlərində təşkil olunacaq.
17 iyunda Azərbaycan dili, Rus dili, Rus dili və ədəbiyyatı, Azərbaycan dili və ədəbiyyatı, Fransız dili, Alman dili;
18 iyunda Təsviri incəsənət, Musiqi, Fizika, Kimya, Biologiya;
19 iyunda Fizika, Kimya, Biologiya, Fransız dili, Alman dili, Azərbaycan dili, Rus dili və ədəbiyyatı, Azərbaycan dili və ədəbiyyatı, Rus dili;
23 iyunda Riyaziyyat, Coğrafiya, İnformatika, İngilis dili, İbtidai sinif;
24 iyunda Tarix, Riyaziyyat, Coğrafiya, İnformatika;
25 iyunda isə Fiziki tərbiyə, İngilis dili, Texnologiya, İbtidai sinif müəllimləri sertifikasiya imtahanı verəcəklər.
Məlumata görə, test imtahanının vaxtı və keçirilmə yeri barədə məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndərilib.
Qeyd edək ki, bu il təsviri incəsənət, musiqi, texnologiya, tarix, fiziki tərbiyə fənlərini tədris edən təhsilverənlər ilk dəfə sertifikasiya imtahanı verəcəklər. Eyni zamanda fizika, kimya, biologiya, coğrafiya, informatika, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri də sertifikasiya imtahanlarında iştirak edəcəklər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре