https://news.day.az/azerinews/1841840.html Keçmiş "Barselona"lı ulduz Toralın komanda yoldaşı olacaq Azərbaycan millisinin futbolçusu Toral Bayramovnu heyətinə qatan Türkiyənin "Bursaspor" klubu növbəti transfer hədəfi ilə gündəmə gəlib. Day.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, I Liqaya yüksələn Bursa təmsilçisi hücum xəttini gücləndirmək üçün İtaliya millisinin sabiq üzvü Stefan El Şaravi ilə maraqlanır.

Keçmiş "Barselona"lı ulduz Toralın komanda yoldaşı olacaq

Azərbaycanca, 16 июня 2026 21:22 (UTC +04:00) 338
Keçmiş "Barselona"lı ulduz Toralın komanda yoldaşı olacaq

Azərbaycan millisinin futbolçusu Toral Bayramovnu heyətinə qatan Türkiyənin "Bursaspor" klubu növbəti transfer hədəfi ilə gündəmə gəlib.

Day.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, I Liqaya yüksələn Bursa təmsilçisi hücum xəttini gücləndirmək üçün İtaliya millisinin sabiq üzvü Stefan El Şaravi ilə maraqlanır.

33 yaşlı futbolçu son mövsümü İtaliyanın "Roma" klubunda keçirib və hazırda azad agent statusu daşıyır. Bildirilir ki, tərəflər arasında ilkin şifahi danışıqlar başlayıb.

Transferin reallaşacağı təqdirdə, Toral Bayramov yeni mövsümdə El Şaravi ilə eyni komandada çıxış edəcək.

Qeyd edək ki, Azərbaycan millisinin üzvü bir neçə gün əvvəl "Qarabağ"dan "Bursaspor"a transfer olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости