https://news.day.az/azerinews/1841951.html Şahbuzda tank əleyhinə qumbaraatanın idarəetmə mühərriki aşkarlanıb - FOTO - VİDEO Şahbuz rayonunda hərbi sursat aşkarlanıb. Day.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən rayon ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Şahbuzda tank əleyhinə qumbaraatanın idarəetmə mühərriki aşkarlanıb - FOTO - VİDEO

Azərbaycanca, 17 июня 2026 10:58 (UTC +04:00) 268
Şahbuzda tank əleyhinə qumbaraatanın idarəetmə mühərriki aşkarlanıb

Şahbuz rayonunda hərbi sursat aşkarlanıb.

Day.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən rayon ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumat əsasında Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri dərhal hadisə yerinə cəlb ediliblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə təhlükəsizlik tədbirləri görüldükdən sonra əraziyə baxış keçirilib. Baxış zamanı aşkar edilən sursatın 1 ədəd "RPQ-7" tipli tank əleyhinə qumbaraatanın idarəetmə mühərriki olduğu müəyyənləşdirilib.

Aşkarlanan sursat pirotexniklər tərəfindən zərərsizləşdirilməsi məqsədilə götürülərək ərazidən kənarlaşdırılıb.

  • Şahbuzda tank əleyhinə qumbaraatanın idarəetmə mühərriki aşkarlanıb

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости