Bölgələrdə çimərliklərin qiyməti və təhlükəsizlik tədbirləri bu cür TƏNZİMLƏNİR - VİDEO
Yay mövsümünün başlaması ilə ölkədə və Bakı ətrafında su hövzələrinə üz tutanların sayı artıb.
Day.Az XəzərXəbər-ə istinadən xəbər verir ki, insanlar həm rəsmi çimərliklərdə, həm də çay, kanal və nəzarətsiz su ərazilərində sərinlənməyə çalışır.
Lakin nəzarətsiz ərazilərdə çimmək təhlükəsizlik baxımından ciddi risklər yaradır.
Bəzi bölgələrdə çimərliklərin olmaması və ya uzaq məsafədə yerləşməsi sakinləri alternativ yerlərə yönəldir. Göyçay və digər rayonlarda yaşayanlar məsafə və maddi imkanları səbəbilə çay və kanallardan istifadə etdiklərini bildirirlər. Eyni zamanda Lənkəran çimərliklərində mövsümə hazırlıq görülür, təmizlik işləri aparılır və təhlükəsizlik tədbirləri gücləndirilir. Bildirilir ki, istirahətə gələnlərdən söhbətgahdan istifadə üçün 2 manat ödəniş alınır.
Ətraflı videomaterialda:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре