https://news.day.az/azerinews/1842119.html Özbəkistan DÇ-2026 münasibətilə xatirə sikkələri buraxacaq - VİDEO Özbəkistanda milli komandanın DÇ-2026-da iştirakına həsr olunmuş xatirə sikkələri buraxılacaq. İdman.Biz xəbər verir ki, məhdud tirajla hazırlanan sikkələr iyunun 18-də, Kolumbiya ilə qrup mərhələsinin ilk oyunu günü dövriyyəyə buraxılacaq. Sikkənin ön hissəsində "Tarixi qələbə. Özbəkistan futbolu DÇ-2026-da" sözləri həkk olunub.

Özbəkistan DÇ-2026 münasibətilə xatirə sikkələri buraxacaq - VİDEO

Azərbaycanca, 17 июня 2026 18:14 (UTC +04:00) 274
Özbəkistan DÇ-2026 münasibətilə xatirə sikkələri buraxacaq

Özbəkistanda milli komandanın DÇ-2026-da iştirakına həsr olunmuş xatirə sikkələri buraxılacaq.

İdman.Biz xəbər verir ki, məhdud tirajla hazırlanan sikkələr iyunun 18-də, Kolumbiya ilə qrup mərhələsinin ilk oyunu günü dövriyyəyə buraxılacaq.

Sikkənin ön hissəsində "Tarixi qələbə. Özbəkistan futbolu DÇ-2026-da" sözləri həkk olunub. Arxa hissədə isə komandanın talismanı olan "Ağ canavar" təsvir edilib. Talismanın siluetində yığmanın 26 futbolçusu əks olunub.

Qeyd edək ki, 2026 FIFA Dünya Çempionatı Amerika Birləşmiş Ştatları, Meksika və Kanadada keçirilir. Turnir iyunun 11-də başlayıb və iyulun 19-da başa çatacaq. Hazırkı dünya çempionu Argentina millisidir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости