https://news.day.az/azerinews/1842427.html Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross üzrə birincilik keçirilib - FOTO Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin müvafiq əmrinə əsasən, Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross üzrə birincilik keçirilib. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross üzrə birincilik keçirilib - FOTO

Azərbaycanca, 18 июня 2026 18:31 (UTC +04:00) 304
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross üzrə birincilik keçirilib

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin müvafiq əmrinə əsasən, Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross üzrə birincilik keçirilib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Yarışın ilk günündə komandaların tərkibi yoxlanılıb, birinciliyin ardıcıllığını təmin etmək üçün püşkatma keçirilib.
Birincilik uğrunda mübarizə aparan hərbi qulluqçular 11 komanda tərkibində atış, qumbaraatma və 3 kilometr məsafəyə kross qaçışı üzrə yarışlarda güclərini sınayıblar.

İdmançıların topladığı nəticələrə uyğun olaraq fərdi və komanda hesabı uğrunda yerlər hakimlər tərəfindən müəyyən edilib.

Sonda qalib komandalar və fərdi hesabda fərqlənənlər diplom, kubok və medallarla mükafatlandırılıb, xatirə fotosu çəkdirilib.

  • Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross üzrə birincilik keçirilib

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости