Gömrükdə 100 min manata yaxın CƏRİMƏ FAKTI
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin yaydığı məlumata əsasən, cari ilin əvvəlindən etibarən gömrük qaydalarının pozulması ilə bağlı yüzlərlə hüquqpozma faktı aşkar edilib.
Day.Az-ın məlumatına görə, qurumun nümayəndəsi Orxan Sultanov bildirib ki, ümumilikdə 1072 qanun pozuntusu qeydə alınıb.
Bu halların böyük hissəsi inzibati xarakter daşısa da, 4 fakt cinayət tərkibli kimi qiymətləndirilib.
Aşkar edilən pozuntular arasında xüsusilə iki istiqamət diqqət çəkir: üzərində məcburi nişanlanma tələb olunan, lakin qanunsuz dövriyyəyə buraxılan 73 840 ədəd siqaret partiyası və gömrük orqanına bəyan edilməyən 308.30 karat brilyant qaşlar.
Qanun pozuntuları ilə bağlı aparılan araşdırmalar nəticəsində ümumilikdə təqsirkar şəxslərə 97 169,80 manat məbləğində cərimə tətbiq olunub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре