Günəşdən qorunmağın təbii üsulu: Moruq çəyirdəyi yağının faydaları
Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq xeyli artır. Bir çox insan yüksək SPF-li günəş kremlərinə üstünlük versə də son dövrlərdə daha təbii alternativlərə üstünlük verənlər də çoxalıb. Bu alternativlər arasında moruq çəyirdəyi yağı xüsusi diqqət çəkir. O, təbii tərkibi və dəriyə qulluq xüsusiyyətləri ilə seçilir, həmçinin apteklərdə və təbii məhsul mağazalarında asanlıqla tapılır.
Day.Az xəbər verir ki, moruq çəyirdəyi yağı moruq meyvəsinin toxumlarından əldə edilən bitki mənşəli yağdır.
Tərkibində E vitamini, eləcə də omeqa-3 və omeqa-6 yağ turşuları olduğu üçün dərinin nəmlənməsinə və qidalanmasına kömək edir. Yüngül quruluşu sayəsində dəriyə tez hopur və yağlı hiss buraxmadan yumşaldıcı təsir göstərir.
Eyni zamanda bu yağ güclü antioksidant xüsusiyyətlərinə görə dərini sərbəst radikalların zərərli təsirindən qorumağa dəstək olur. Müntəzəm istifadə edildikdə dərinin daha sağlam və canlı görünməsinə, incə qırışların və erkən yaşlanma əlamətlərinin azalmasına kömək etdiyi bildirilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре