Otlaqlarda gizli TƏHLÜKƏ:

Yay mövsümündə mal-qara üçün otlaq sahələrində xəstəlik və zəhərlənmə halları artıb.

Day.Az XəzərXəbər-ə istinadən xəbər verir ki, fermerlərin sözlərinə görə, yağışlardan sonra alaq və zəhərli bitkilərin çoxalması heyvanların yem vasitəsilə zəhərlənməsinə səbəb olur.

Bu vəziyyət xüsusilə yaylaqlara köç dövründə daha kəskin şəkildə özünü göstərir.

Otlaq sahələrində yoluxucu xəstəliklər, parazitlər, qurd xəstəlikləri və "dabaq" kimi infeksiyalar geniş yayılıb. Durğun sulardan içən heyvanlarda əlavə olaraq müxtəlif qızdırma və daxili parazit problemləri də müşahidə edilir. Baytar çatışmazlığı və vaxtında müalicənin aparılmaması isə itkiləri daha da artırır.

Ətraflı videomaterialda:

Nəsimi Ələsgərli