https://news.day.az/azerinews/1843086.html Azərbaycan gimnastları bir sıra beynəlxalq yarışlarda medallar qazanıblar - FOTO 19-21 iyun tarixlərində Azərbaycan gimnastları bir sıra beynəlxalq yarışlarda iştirak edərək yüksək nəticələrə imza atıblar. Təmsilçilərimiz qazandıqları medallarla ölkəmizi uğurla təmsil ediblər.

Azərbaycan gimnastları bir sıra beynəlxalq yarışlarda medallar qazanıblar - FOTO

Azərbaycanca, 21 июня 2026 19:35 (UTC +04:00) 297
Azərbaycan gimnastları bir sıra beynəlxalq yarışlarda medallar qazanıblar

19-21 iyun tarixlərində Azərbaycan gimnastları bir sıra beynəlxalq yarışlarda iştirak edərək yüksək nəticələrə imza atıblar. Təmsilçilərimiz qazandıqları medallarla ölkəmizi uğurla təmsil ediblər.

Azərbaycan Gimnastika Federasiyasından bildirilib ki, akrobatika gimnastikası üzrə Polşanın Jeşuv şəhərində keçirilən Dünya kubokunda böyüklər yaş kateqoriyasında qadın qrupumuz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Anahita Bashiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidovadan ibarət komandamız 29.190 xal toplayaraq qızıl medalın sahibi olub.

Eyni yarışda gənclər yaş kateqoriyasında çıxış edən qadın qrupumuz da uğurlu nəticə göstərib. Ayan Hacılı, Aylin Məmmədova və Firuzə Qasımzadədən ibarət komanda 26.650 xalla gümüş medal qazanıb.

Bununla yanaşı, Rusiyanın Stavropol şəhərində batut gimnastikası və tamblinq üzrə beynəlxalq turnir keçirilib. Yarışda tamblinq üzrə Azərbaycanı təmsil edən idmançılarımız da uğurla çıxış ediblər. Mixail Malkin qızıl medal qazanaraq turnirin qalibi olub, Adil Hacızadə isə gümüş medala layiq görülüb.

Beləliklə, həftəsonu gimnastlarımız üçün uğurlu nəticələrlə yadda qalıb.

  • Azərbaycan gimnastları bir sıra beynəlxalq yarışlarda medallar qazanıblar

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости