Dietoloqlar qan təzyiqini azaltmağa kömək edən 6 qidanı

Mütəxəssislərin fikrincə, düzgün seçilmiş bəzi qidalar qan təzyiqinin tənzimlənməsində dəstək rolunu oynaya bilər. Xüsusilə lif, kalium və təbii nitratlarla zəngin məhsullar damarların rahatlamasına və qan dövranının yaxşılaşmasına kömək edə bilər.

Day.Az xəbər verir ki, araşdırmalarda ispanaq, kələm, banan və avokado kimi kalium mənbələri, eləcə də çuğundur, yulaf və yağlı balıqların ürək-damar sağlamlığı üçün faydalı ola biləcəyi qeyd edilir.

Bundan əlavə, tünd şokoladın tərkibindəki flavanolların damar elastikliyinə müsbət təsir göstərə biləcəyi bildirilir.

Mütəxəssislər vurğulayırlar ki, bu qidalar qida rasionuna tədricən əlavə olunmalı və ümumi balanslı qidalanma ilə birlikdə istifadə edilməlidir. Onların sözlərinə görə, bu yanaşma həm qan təzyiqinin idarəsinə, həm də ümumi ürək sağlamlığının qorunmasına kömək edə bilər.