Çuğundur şirəsi təzyiqi azalda bilər: Araşdırmalar nə deyir və necə içilməlidir
Çuğundur şirəsi təbii nitratlarla zəngindir. Bu maddələr orqanizmdə azot oksidinə çevrilir və damarların genişlənməsinə, qan dövranının yaxşılaşmasına və arterial təzyiqin azalmasına kömək edə bilər.
Day.Az xəbər verir ki, təsir xüsusilə yaşlı insanlarda daha çox müşahidə olunur.
Araşdırmalara görə, çuğundurdan alınan nitratlar ağız boşluğundakı bakteriyalar tərəfindən əvvəlcə nitritlərə, daha sonra azot oksidinə çevrilir. Bu proses damar divarlarını rahatlaşdırır, damar müqavimətini azaldır və nəticədə təzyiqin enməsinə şərait yaradır.
Mütəxəssislər mümkün yumşaq təsir üçün çuğundur şirəsini gündə iki dəfə bir stəkan olmaqla təxminən 2 həftə ərzində içməyi və bu müddətdə təzyiqin nəzarətdə saxlanmasını tövsiyə edirlər. Bundan əlavə, ispanaq, rukkola, kərəviz və digər nitratla zəngin tərəvəzlərin də qida rasionuna əlavə edilməsi faydalı sayılır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре