Xolesterini yüksəldən 4 gündəlik vərdiş: Həkimlərin xəbərdarlıqları
Həkimlərin bildirdiyinə görə, yüksək xolesterin çox vaxt əlamətsiz inkişaf edir, lakin zamanla damar divarlarında lövhə yaranmasına (ateroskleroz) səbəb olaraq infarkt və insult riskini artırır. Genetika rol oynasa da gündəlik həyat tərzi bu göstəriciyə ciddi təsir edir.
Day.Az xəbər verir ki, mütəxəssislər xolesterini yüksəldən əsas vərdişlər arasında ultra-emal olunmuş qidaların (kolbasa, sosiska, bekon və s.) tez-tez istifadəsini, uzun müddət oturaq həyat tərzini, doymuş yağlarla zəngin qidaların həddindən artıq qəbulunu (yağlı ət, kərə yağı, qaymaq və s.) və yuxu çatışmazlığını qeyd edirlər.
Bu faktorlar "pis" xolesterinin (LDL) artmasına və damar sağlamlığının zəifləməsinə səbəb ola bilər.
Eyni zamanda mütəxəssislər bildirirlər ki, qidalanmada liflə zəngin məhsullara (yulaf, paxlalılar, meyvə və tərəvəzlər), sağlam yağlara (zeytun yağı, qoz-fındıq, balıq) üstünlük vermək, müntəzəm fiziki aktivlik və kifayət qədər yuxu xolesterinin nəzarətdə saxlanmasına kömək edir. Sadə həyat tərzi dəyişiklikləri ürək-damar sağlamlığını uzunmüddətli qorumağa imkan verir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре