DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi - VİDEO - YENİLƏNİB-8
Portuqaliya - Özbəkistan oyunu başa çatıb.
Day.Az İdman.Biz-ə istinadən bildirir ki, Avropa təmsilçiləri 5:0 hesablı qələbə qazanıblar. Bu oyundan sonra Portuqaliyanın 4 xalı var. Özbəkistan isə xal qazanmayıb.
Üçüncü turda Portuqaliya Kolumbiya ilə (28 iyun), Özbəkistan isə üçüncü turda (həmçinin 28 iyunda) Konqo Demokratik Respublikası ilə qarşılaşacaq.
23:00
Portuqaliya - Özbəkistan oyununda avropalılar hesab arasındakı fərqi yenə artırıblar.
Day.Az İdman.Biz-ə istinadən bildirir ki, 86-cı dəqiqədə Rafael Leao beşinci topu özbəklərin qapısından keçirib.
22:45
Portuqaliya - Özbəkistan oyununda birincilərin üstünlüyü daha da artıb.
Day.Az İdman.Biz-ə istinadən bildirir ki, 60-cı dəqiqədə Abdulkodir Xusanov avtoqolla hesabı 4:0 edib.
22:15
Portuqaliya - Özbəkistan oyununda ikinci yarı başlayıb.
Day.Az İdman.Biz-ə istinadən bildirir ki, ilk hissədən sonra Portuqaliya irəlidədir - 3:0.
22:00
Portuqaliya - Özbəkistan oyununda ilk yarı bitib.
Day.Az İdman.Biz-ə istinadən bildirir ki, birinci hissədən sonra hesab 3:0 portuqalların xeyrinədir.
21:40
Portuqaliya Özbəkistanla oyunda hesab arasındakı fərqi artırıb.
Day.Az İdman.Biz-ə istinadən bildirir ki, 39-cu dəqiqədə Ronaldu oyunda ikinci qolunu vurub - 2:0. Bu, portuqaliyalının dünya çempionatlarında 10-cu, ümumilikdə isə 975-ci qoludur.
21:20
Portuqaliya - Özbəkistan matçında hesab dəyişib.
Day.Az İdman.Biz-ə istinadən bildirir ki, 17-ci dəqiqədə Nunu Mendeş Portuqaliyanın ikinci qoluna imza atıb.
21:08
Portuqaliya - Özbəkistan matçında hesab açılır.
Day.Az İdman.Biz-ə istinadən bildirir ki, 6-cı dəqiqəsində Kriştianu Ronaldu hesabı açıb. Bununla da Ronaldu 6 dünya çempionatında qol vuran ilk oyunçu kimi tarixə düşüb. Bu, həm də portuqaliyalı forvardın ümumilikdə vurduğu 974-cü qoldur.
21:01
Futbol üzrə dünya çempionatında K qrupunda ikinci tura start verilib.
Day.Az İdman.Biz-ə istinadən bildirir ki, turun açılış oyununda Portuqaliya və Özbəkistan üz-üzə gəlirlər.
Matç "NRG Stadium"da keçirilir. Baş hakim mərakeşli Cəlal Cayeddir.
İlk turdan sonra Portuqaliyanın 1 xalı var. Onlar Konqo Demokratik Respublikası ilə heç-heçə ediblər - 1:1. Özbəkistan isə birinci turda Kolumbiyaya 1:3 hesabı ilə məğlub olub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре