https://news.day.az/azerinews/1843636.html Türkanda avtomobil piyadanı vuraraq öldürdü Xəzər rayonunun Türkan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Day.Az xəbər verir ki, 1997-ci il təvəllüdlü Nəsirov Davud Zəhvər oğlu idarə etdiyi "BYD" markalı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində hərəkətdə olarkən piyadanı vurub.

Türkanda avtomobil piyadanı vuraraq öldürdü

Azərbaycanca, 24 июня 2026 09:22 (UTC +04:00) 250
Türkanda avtomobil piyadanı vuraraq öldürdü

Xəzər rayonunun Türkan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az xəbər verir ki, 1997-ci il təvəllüdlü Nəsirov Davud Zəhvər oğlu idarə etdiyi "BYD" markalı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində hərəkətdə olarkən piyadanı vurub.

Hadisə 23 iyun 2026-cı il tarixdə gecə saat 01 radələrində baş verib. İlkin məlumata görə, sürücü ehtiyatsızlıqdan yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Qafarov Rauf Arif oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən həmin gün Sabunçu Tibb Mərkəzində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости