https://news.day.az/azerinews/1843721.html Bakı–Naxçıvan reysləri ləğv edilib Azərbaycan Hava Yollarının (AZAL) 24 iyun 2026-cı il tarixinə planlaşdırılan Bakı-Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib. Day.Az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Bakı–Naxçıvan reysləri ləğv edilib

Azərbaycanca, 24 июня 2026 13:05 (UTC +04:00) 286
Bakı–Naxçıvan reysləri ləğv edilib

Azərbaycan Hava Yollarının (AZAL) 24 iyun 2026-cı il tarixinə planlaşdırılan Bakı-Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib.

Day.Az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.

"Sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra edilməyə davam edəcək.

AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir", - məlumatda qeyd edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости