https://news.day.az/azerinews/1843902.html I ixtisas qrupu üzrə bir abituriyent 700 bal toplayıb - FOTO Xəbər verdiyimiz kimi, I və IV ixtisas qrupları üzrə 7 iyun 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsi açıqlanıb. Day.Az xəbər verir ki, nəticələrə əsasən 7 nəfər 400 bal toplayaraq maksimum nəticə göstərib.

I ixtisas qrupu üzrə bir abituriyent 700 bal toplayıb - FOTO

Azərbaycanca, 24 июня 2026 21:30 (UTC +04:00) 306
I ixtisas qrupu üzrə bir abituriyent 700 bal toplayıb

Xəbər verdiyimiz kimi, I və IV ixtisas qrupları üzrə 7 iyun 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsi açıqlanıb.

Day.Az xəbər verir ki, nəticələrə əsasən 7 nəfər 400 bal toplayaraq maksimum nəticə göstərib.

Belə ki, bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 5 nəfər - Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseyin məzunu Məcidli Burlaxatun Bəhruz qızı, Bakı şəhəri Nizami rayonu 238 saylı məktəbin məzunu Hüseynli Leyla Samir qızı, Gəncə şəhər Fizika, Riyaziyyat və İnformatika Təmayüllü liseyin məzunu Mehdiyev Əli Eldar oğlu, Tovuz rayonu S.Kazımov adına Qovlar şəhər orta məktəbinin məzunu Qənbərov İsrafil Ramil oğlu və Bakı şəhər Yasamal rayonu Fizika, Riyaziyyat və İnformatika Təmayüllü liseyin məzunu Zeynalova Nargilə İlkin qızı göstərib.

Məcidli Burlaxatun Bəhruz qızı  hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə maksimum nəticəni (700 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 300 bal toplayıb.

Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər - Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Əliyeva Aysu Rauf qızı və Bakı şəhəri Nizami rayonu 220 saylı məktəb-liseyin məzunu Hümbətova Ayan Xəqani qızı göstərib.

Əliyeva Aysu Rauf qızı hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (693.6 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 293.6 bal toplayıb.

Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

  • I ixtisas qrupu üzrə bir abituriyent 700 bal toplayıb
  • I ixtisas qrupu üzrə bir abituriyent 700 bal toplayıb
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости