https://news.day.az/azerinews/1843904.html Sadiq Abbaslı bıçaqlandı - FOTO Ağdərə rayonunun Suqovuşan qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini, Vətən müharibəsi qazisi Sadiq Abbaslı bıçaqlanıb. İlkin məlumata görə, hadisəni onun həmyerlisi törədib. Hadisəyə səbəb onlar arasında baş verən mübahisə olub.

Sadiq Abbaslı bıçaqlandı - FOTO

Azərbaycanca, 24 июня 2026 23:42 (UTC +04:00) 485
Sadiq Abbaslı bıçaqlandı

Ağdərə rayonunun Suqovuşan qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini, Vətən müharibəsi qazisi Sadiq Abbaslı bıçaqlanıb.

İlkin məlumata görə, hadisəni onun həmyerlisi törədib. Hadisəyə səbəb onlar arasında baş verən mübahisə olub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan qaziyə ilkin tibbi yardım göstərilib. Daha sonra onun müalicəsinin davam etdirilməsi üçün Bərdə Müalicə-Diaqnostika Mərkəzinə göndərildiyi bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisənin təfərrüatı araşdırmanın nəticəsindən asılı olaraq açıqlanacaq.

  • Sadiq Abbaslı bıçaqlandı
  • Sadiq Abbaslı bıçaqlandı
  • Sadiq Abbaslı bıçaqlandı
  • Sadiq Abbaslı bıçaqlandı
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости