https://news.day.az/azerinews/1844128.html Dərmanların eyni vaxtda qəbulu niyə önəmlidir? Mütəxəssislər bildirirlər ki, dərmanların təsiri onların günün hansı saatında qəbul edilməsindən asılı olaraq dəyişə bilər. Bu, orqanizmin bioloji saatı ilə əlaqədardır. Gün ərzində dərmanları parçalayan fermentlərin fəaliyyəti dəyişdiyi üçün bəzi preparatlar fərqli vaxtlarda daha təsirli ola bilir.

Dərmanların eyni vaxtda qəbulu niyə önəmlidir?

Azərbaycanca, 26 июня 2026 02:19 (UTC +04:00) 369
Dərmanların eyni vaxtda qəbulu niyə önəmlidir?

Mütəxəssislər bildirirlər ki, dərmanların təsiri onların günün hansı saatında qəbul edilməsindən asılı olaraq dəyişə bilər. Bu, orqanizmin bioloji saatı ilə əlaqədardır. Gün ərzində dərmanları parçalayan fermentlərin fəaliyyəti dəyişdiyi üçün bəzi preparatlar fərqli vaxtlarda daha təsirli ola bilir.

Day.Az xəbər verir ki, həkim Aleksey Panovun sözlərinə görə, təzyiq dərmanları əksər hallarda axşam qəbul edildikdə daha yaxşı nəticə verir. Statinlər isə xolesterin sintezinin gecə saatlarında artması səbəbindən həmin vaxt qəbul olunduqda daha effektiv hesab edilir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, dərmanların qəbul vaxtını özbaşına dəyişmək düzgün deyil. Bu, preparatın qandakı səviyyəsinə təsir göstərərək həm müalicənin effektini azalda, həm də yan təsirlərin yaranma riskini artıra bilər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости