https://news.day.az/azerinews/1844326.html İsmayıllıda kanalda batan 23 yaşlı gəncin meyiti tapıldı - VİDEO - YENİLƏNİB İsmayıllı rayonunda bədbəxt hadisə baş verib. Trend-in əldə etdiyi məlumata görə, rayonun Qubaxəlilli kənd sakini, 2003-cü il təvəllüdlü Rəvan Məhərrəmov su kanalında batıb. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

İsmayıllıda kanalda batan 23 yaşlı gəncin meyiti tapıldı - VİDEO - YENİLƏNİB

Azərbaycanca, 26 июня 2026 19:01 (UTC +04:00) 355
İsmayıllıda kanalda batan 23 yaşlı gəncin meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şirvan suvarma kanalının İsmayıllı rayonunun Qubaxəlilli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Day.Az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb edilib.

2003-cü il təvəllüdlü Məhərrəmov Rəvan Vaqif oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

18:22

İsmayıllı rayonunda bədbəxt hadisə baş verib.

Trend-in əldə etdiyi məlumata görə, rayonun Qubaxəlilli kənd sakini, 2003-cü il təvəllüdlü Rəvan Məhərrəmov su kanalında batıb.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости