İsti avtomobili bir neçə saniyəyə sərinlətməyin sadə üsulu
Yay aylarında gün altında qalan avtomobilin salonu qısa müddətdə həddindən artıq isinərək narahatlıq yaradır. Kembric Universitetinin professoru Hanna Frayın tövsiyə etdiyi sadə üsul isə isti havanı saniyələr ərzində avtomobildən çıxarmağa kömək edir.
Day.Az xəbər verir ki, bunun üçün avtomobilin arxa şüşələrindən birini tam endirmək, daha sonra isə sürücü qapısını bir neçə dəfə sürətlə açıb-bağlamaq kifayətdir. Bu hərəkət salonda təzyiq fərqi yaradır, isti hava çölə çıxır və yerini daha sərin xarici hava tutur.
Mütəxəssislər bildirirlər ki, üsul xüsusilə çöldəki havanın salonun havasından sərin olduğu hallarda daha effektivdir. Bununla yanaşı, qapını həddindən artıq sərt şəkildə açıb-bağlamaq qapı mexanizminə zərər verə biləcəyindən ehtiyatlı olmaq tövsiyə edilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре