https://news.day.az/azerinews/1844507.html Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb Şəkidə leysan yağışları bir sıra fəsadlar törədib. Day.Az xəbər verir ki, Şəkinin Baş Göynük və Baş Şabalıd kəndləri arasından keçən çaya sel gəlib. Güclü sel nəticəsində çaydan keçən yol su altında qalıb və hazırda yol bağlanıb. Nəticədə Baş Şabalıd kəndinin şəhər və ətraf kəndlərlə əlaqəsi kəsilib. Cunud kəndi ilə də əlaqə kəsilib.

Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb

Azərbaycanca, 27 июня 2026 19:21 (UTC +04:00) 341
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb

Şəkidə leysan yağışları bir sıra fəsadlar törədib.

Day.Az xəbər verir ki, Şəkinin Baş Göynük və Baş Şabalıd kəndləri arasından keçən çaya sel gəlib. Güclü sel nəticəsində çaydan keçən yol su altında qalıb və hazırda yol bağlanıb. Nəticədə Baş Şabalıd kəndinin şəhər və ətraf kəndlərlə əlaqəsi kəsilib.

Cunud kəndi ilə də əlaqə kəsilib. Şəkinin Kiş kəndindən yuxarıdakı istirahət mərkəzlərinə gedən kiçik körpü də dağılmaq üzrədi.

Bölgədə qeyri-sabit hava şəraiti davam edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости