https://news.day.az/azerinews/1844698.html Bakıda “Türk Dünyası Həftəsi”nin açılış mərasimi keçirilib - YENİLƏNİB - FOTO İyunun 29-da Heydər Əliyev Mərkəzində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi keçirilir.

Bakıda “Türk Dünyası Həftəsi”nin açılış mərasimi keçirilib - YENİLƏNİB - FOTO

Azərbaycanca, 29 июня 2026 10:48 (UTC +04:00) 341
Bakıda “Türk Dünyası Həftəsi”nin açılış mərasimi keçirilib

"Türk Dünyası Həftəsi"nin rəsmi açılış mərasimi keçirilib.

Bakıda Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin rəsmi açılış mərasimi başa çatıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, rəsmi açılış mərasimində Türkiyə, Qırğızıstan, Qazaxıstan və Özbəkistan prezidentlərinin iştirakçılara ünvanladıqları müraciətlər səsləndirilib.

Dövlət başçıları çıxışlarında Birinci Türkoloji Qurultayın türk xalqlarının ortaq dil, tarix və mədəni kimliyinin formalaşmasında mühüm rol oynadığını vurğulayıblar. Onlar qurultayın irsinin bu gün də aktuallığını qoruduğunu, türk dövlətləri arasında əməkdaşlıq, birlik və həmrəyliyin möhkəmlənməsinə xidmət etdiyini bildiriblər.

Liderlər, həmçinin Azərbaycanın Türk dünyasının inteqrasiyası və əməkdaşlığının inkişafına verdiyi töhfələri yüksək qiymətləndirərək, Bakıda keçirilən yubiley tədbirinin rəmzi əhəmiyyət daşıdığını qeyd ediblər. Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev da çıxış edərək türk dünyasının tarixindən, türklərin tarixdəki izindən və bugünkü tədbirin əhəmiyyətindən bəhs edib.

Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Rafael Hüseynov isə çıxışında qeyd edib ki, türkologiyanın tarixini bilənlər bu yol uğrunda hansı qurbanların verildiyini yaxşı anlayırlar: "Bizim ailəmiz türk dövlətləridir. Türk dünyasının burada bir araya gəlməsindən böyük xoşbəxtlik ola bilməz. Dildə, fikirdə və əməldə türk insanı daim bir olmalıdır".

Rəsmi açılış mərasimindən sonra konqres bədii proqrama keçid alıb.

Bədii hissədən sonra isə gün ərzində plenar iclaslar, panel müzakirələri ilə davam edəcək.

  • Bakıda “Türk Dünyası Həftəsi”nin açılış mərasimi keçirilib

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости