Bu şəxslərə hər ay sosial müavinət ödənilir – Məbləğlər AÇIQLANDI
Azərbaycanda 3 yaşınadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olan şəxslərə aylıq sosial müavinət verilir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəsmi məlumatına əsasən, 1,5 yaşınadək uşağa qulluğa görə aylıq müavinət 44 manat, 1,5 yaşdan 3 yaşınadək uşağa qulluğa görə isə 28 manat təşkil edir.
Uşaq əlilliyi olan şəxs olduqda isə bu məbləğlər ikiqat - müvafiq olaraq 88 və 56 manat həcmində ödənilir.
Bu müavinət rəsmi işləyən və uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətə çıxan analara şamil olunur. Ana işləmədiyi halda isə işləyən ata və ya uşağa baxan digər işləyən ailə üzvü bu hüquqdan yararlana bilər. Müavinət iş yeri tərəfindən məzuniyyət əmri "Əmək və məşğulluq" altsisteminə (MAS) daxil edildikdən sonra avtomatlaşdırılmış qaydada elektron şəkildə təyin edilir.
Bununla yanaşı, 2026-2028-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişdə uşağa qulluğa görə verilən aylıq sosial müavinətlərin məbləğinin artırılması məsələsi də rəsmi olaraq müzakirəyə çıxarılıb.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре