Yaxın günlərdə zəif maqnit qasırğası gözlənilir

Mütəxəssislərin proqnozuna görə, iyunun 29-u və 30-da Yer kürəsində 5 bal gücündə zəif maqnit qasırğası müşahidə oluna bilər. Hazırda Kp indeksi 4,7-yə yüksəlib və 5 həddinə çatdıqda maqnit qasırğası başlayacaq.

Day.Az xəbər verir ki, 5 ballıq maqnit qasırğası güclü hesab edilməsə də bəzi insanlarda baş ağrısı, halsızlıq, yuxululuq, qan təzyiqində dəyişiklik, diqqətin azalması və əsəbilik kimi əlamətlər yarada bilər.

Xüsusilə ürək-damar xəstəlikləri olanlar, yaşlılar və meteohəssas şəxslərə ehtiyatlı olmaları tövsiyə edilir.

Mütəxəssislər bu günlərdə kifayət qədər su içməyi, normal yuxu rejimini qorumağı, ağır fiziki yüklənmədən, spirtli içkilərdən və enerji içkilərindən uzaq durmağı məsləhət görürlər. Açıq havada gəzinti və yüngül fiziki aktivlik isə özünüzü daha yaxşı hiss etməyə kömək edə bilər.