https://news.day.az/azerinews/1845044.html Daha 6 itkin-şəhid dəfn ediləcək Birinci Qarabağ müharibəsinin şəxsiyyəti müəyyənləşdirilən daha 6 itkin-şəhidi dəfn ediləcək. Day.Az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Daha 6 itkin-şəhid dəfn ediləcək

Azərbaycanca, 30 июня 2026 15:02 (UTC +04:00) 299
Daha 6 itkin-şəhid dəfn ediləcək

Birinci Qarabağ müharibəsinin şəxsiyyəti müəyyənləşdirilən daha 6 itkin-şəhidi dəfn ediləcək.

Day.Az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, hərbçi Nuriyev Yarməmməd Maqsud oğlu iyulun 1-də saat 13:00-da Xaçmaz rayonunun Köhnə Xudat kənd qəbiristanlığında dəfn olunacaq.

İyulun 3-də isə mülki şəxslər Kamalov Bahadur Məhəmməd oğlu saat 12:00-da Kəlbəcər rayonunun Zar kəndi yeni qəbiristanlığında, Babayeva Mədinə Rəhim qızı saat 13:30-da Kəlbəcər rayonunun Daşbulaq kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Həmin gün hərbçilər Əhmədov Rauf Əjdər oğlu saat 14:00-da Goranboy rayonunun Sarov kənd qəbiristanlığında, Musayev Dəyanət Salik oğlu saat 13:00-da Ucar rayonunun Boyat kənd qəbiristanlığında, Əliyev Möysüm Murad oğlu isə saat 14:00-da Füzuli rayonunun Mahmudlu 2 kənd qəbiristanlığında dəfn ediləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости