https://news.day.az/azerinews/1845048.html Qusarda narkotik vasitələr və psixotrop maddələr yandırılıb Qusar rayonunda məhkəmələrin məhvetmə qərarı çıxardığı 11 hökm üzrə narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları yandırılaraq məhv edilib. Bu barədə Day.Az-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.

Qusarda narkotik vasitələr və psixotrop maddələr yandırılıb

Azərbaycanca, 30 июня 2026 15:20 (UTC +04:00) 301
Qusarda narkotik vasitələr və psixotrop maddələr yandırılıb

Qusar rayonunda məhkəmələrin məhvetmə qərarı çıxardığı 11 hökm üzrə narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları yandırılaraq məhv edilib.

Bu barədə Day.Az-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.

Məlumata əsasən, məhvetmə prosesi Qusar rayonunda fəaliyyət göstərən müvafiq komissiya tərəfindən Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndəsinin iştirakı ilə həyata keçirilib.

Bildirilib ki, proses tam şəkildə videoya çəkilib, görüntülər isə tərtib olunan aktlara müvafiq məlumat daşıyıcısı ilə birlikdə əlavə olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости