https://news.day.az/azerinews/1845161.html Azərbaycanın cüdo millisi Avropa çempionatında medallarının sayını yeddiyə çatdırıb İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının ikinci yarış günündə Azərbaycan millisi aktivindəki medalların sayını yeddiyə çatdırıb. Day.Az xəbər verir ki, Sadiq Məmmədov (-73 kq) finala qədər uğurla irəliləyib.

Azərbaycanın cüdo millisi Avropa çempionatında medallarının sayını yeddiyə çatdırıb

Azərbaycanca, 30 июня 2026 23:49 (UTC +04:00) 309
Azərbaycanın cüdo millisi Avropa çempionatında medallarının sayını yeddiyə çatdırıb

İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının ikinci yarış günündə Azərbaycan millisi aktivindəki medalların sayını yeddiyə çatdırıb.

Day.Az xəbər verir ki, Sadiq Məmmədov (-73 kq) finala qədər uğurla irəliləyib. Cüdoçumuz həlledici görüşdə Bolqarıstan təmsilçisi İvan Nikolçevə məğlub olaraq Avropa çempionatının gümüş medalına layiq görülüb.

İlkin Qarayev (-66 kq) isə üçüncü yer uğrunda qarşılaşmada çexiyalı Hinek Şvetsə qalib gələrək, bürünc medal qazanıb.

Xatırladaq ki, yarışın ilk günündə millimizin heyətində Zəhra Quliyeva (-40 kq), Nihad Ağayev (-50 kq) qızıl, Fərid Rzazadə (-50 kq) gümüş, İbrahim Talıbov (-55 kq) və Könül Eyvazlı (-48 kq) isə bürünc medala yiyələniblər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости