https://news.day.az/azerinews/1845215.html Prezident İlham Əliyev Kanadanın General-Qubernatoruna məktub ünvanlayıb Prezident İlham Əliyev Kanadanın General-Qubernatoru Luiza Arbura təbrik məktubu ünvanlayıb. Day.Az xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub: "Hörmətli xanım General-Qubernator...

Prezident İlham Əliyev Kanadanın General-Qubernatoruna məktub ünvanlayıb

Azərbaycanca, 1 июля 2026 11:20 (UTC +04:00) 448
Prezident İlham Əliyev Kanadanın General-Qubernatoruna məktub ünvanlayıb

Prezident İlham Əliyev Kanadanın General-Qubernatoru Luiza Arbura təbrik məktubu ünvanlayıb.

Day.Az xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

"Hörmətli xanım General-Qubernator,

Kanada Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Kanada arasındakı əlaqələr xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da qarşılıqlı hörmət, dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, xalqınıza daim firavanlıq və rifah arzulayıram".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости