Evə girən oğruya xəsarət yetirmək

Evinizə oğru daxil olubsa, sizə müqavimət göstərərsə və siz də özünüzü müdafiə etmək məqsədilə ona xəsarət yetirmisinizsə, bu cinayət məsuliyyəti yaratmaya bilər.

Belə ki, Cinayət Məcəlləsinin 36.1-ci maddəsinə əsasən zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır.

Qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. Yəni özünüzü müdafiə etmək üçün yetirdiyiniz xəsarətlər qəsd edən şəxsin sizə qarşı yönəlmiş hərəkətlərinə mütənasib deyildirsə, bu zəruri müdafiə həddini aşmaqdır.

Nəsimi Ələsgərli