https://news.day.az/azerinews/1845341.html Mütəxəssis buzlu içkilərlə bağlı gigiyena xəbərdarlığı edib Rusiyalı mütəxəssis Asiyat Abdullayeva bildirib ki, buz hazırlanarkən gigiyena qaydalarına əməl olunmadıqda, buzlu içkilər bağırsaq infeksiyalarının yayılmasına səbəb ola bilər.

Mütəxəssis buzlu içkilərlə bağlı gigiyena xəbərdarlığı edib

Azərbaycanca, 2 июля 2026 06:53 (UTC +04:00) 321
Mütəxəssis buzlu içkilərlə bağlı gigiyena xəbərdarlığı edib

Rusiyalı mütəxəssis Asiyat Abdullayeva bildirib ki, buz hazırlanarkən gigiyena qaydalarına əməl olunmadıqda, buzlu içkilər bağırsaq infeksiyalarının yayılmasına səbəb ola bilər.

Day.Az xəbər verir ki, onun sözlərinə görə, qaynadılmamış kran suyundan istifadə, buz generatoru və qəliblərin təmiz saxlanılmaması, eləcə də yuyulmamış əllərlə işlənilməsi əsas risk amilləridir.

Mütəxəssis qeyd edib ki, buz yalnız butulkalanmış və ya əvvəlcədən qaynadılmış sudan hazırlanmalı, hermetik qabda saxlanılmalı və çiy ət, balıq kimi məhsullardan uzaq tutulmalıdır. Bu qaydalara əməl edilməsi qida təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.

Asiyat Abdullayeva vurğulayıb ki, bulanıq görünən, yad qoxulu və ya qeyri-bərabər quruluşa malik buzun istifadəsindən çəkinmək lazımdır. Onun sözlərinə görə, təhlükəsiz buz adətən şəffaf və təmiz görünüşə malik olur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости