https://news.day.az/azerinews/1845522.html Bakının mərkəzində 2 yol bağlanacaq Bakıda daha iki yol sahəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq olunacaq. Bu barədə Day.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bakının mərkəzində 2 yol bağlanacaq

Azərbaycanca, 2 июля 2026 13:35 (UTC +04:00) 399
Bakının mərkəzində 2 yol bağlanacaq

Bakıda daha iki yol sahəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq olunacaq.

Bu barədə Day.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Məlumata görə, vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə Xan Şuşinski küçəsində (Rəşid Behbudov küçəsindən Vaqif küçəsinədək) 02 iyul 2026-cı il saat 10:00-dan 04 iyul saat 07:00-dək yol nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq.

Hüseyn Cavid prospektində (Əbdürrəhim bəy Haqverdiyev küçəsindən Lev Landau küçəsinədək) isə 02 iyul saat 10:00-dan 03 iyul saat 22:00-dək nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq. Daha sonra, 03 iyul saat 22:00-dan 06 iyul saat 07:00-dək sözügedən yol sahəsi tam bağlanacaq.

AAYDA sürücülərdən qeyd olunan tarixlərdə alternativ marşrutlardan istifadə etmələrini çağırıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости