https://news.day.az/azerinews/1845534.html Sehrli gücləri ilə narkotiki yox edə bilməyən sehrbaz SAXLANILDI İstanbulun Bahçelievler rayonunda narkotik satışı ilə bağlı keçirilən əməliyyat zamanı televiziya yarışmasındakı sehrbazlıq çıxışı ilə tanınan Yaser Koçak saxlanılıb. Day.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, polis texniki və fiziki müşahidədən sonra mənzildə narkotik satıldığını müəyyən edib.

Sehrli gücləri ilə narkotiki yox edə bilməyən sehrbaz SAXLANILDI

Azərbaycanca, 2 июля 2026 14:19 (UTC +04:00) 300
Sehrli gücləri ilə narkotiki yox edə bilməyən sehrbaz

İstanbulun Bahçelievler rayonunda narkotik satışı ilə bağlı keçirilən əməliyyat zamanı televiziya yarışmasındakı sehrbazlıq çıxışı ilə tanınan Yaser Koçak saxlanılıb.

Day.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, polis texniki və fiziki müşahidədən sonra mənzildə narkotik satıldığını müəyyən edib.

Əməliyyat zamanı evdə sehrbazlıq ləvazimatları, pişik qumunda gizlədilmiş 619 qram narkotik maddə və 2 ədəd həssas tərəzi aşkarlanaraq götürülüb.

Yaser Koçak polis idarəsindəki prosedurlardan sonra məhkəməyə çıxarılıb və hakim qərarı ilə narkotik vasitələrin satışı ittihamı üzrə barəsində həbs qətimkan tədbiri seçilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости