https://news.day.az/azerinews/1845537.html Alen Simonyan deputat mandatından imtina etdi Mən parlament sədri vəzifəsində fəaliyyətimi davam etdirmək istəyirdim, deputat kimi yox. Day.Az "Armenpress" xəbər verir ki, bu fikri Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib. "Mən parlament sədri vəzifəsində fəaliyyətimi davam etdirmək istəyirdim.

Alen Simonyan deputat mandatından imtina etdi

Azərbaycanca, 2 июля 2026 14:23 (UTC +04:00) 298
Alen Simonyan deputat mandatından imtina etdi

Mən parlament sədri vəzifəsində fəaliyyətimi davam etdirmək istəyirdim, deputat kimi yox.

Day.Az "Armenpress" xəbər verir ki, bu fikri Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib.

"Mən parlament sədri vəzifəsində fəaliyyətimi davam etdirmək istəyirdim. Çünki tarixdə ən uzun müddət parlament sədri olmuş və səlahiyyət müddətini tam başa vurmuş şəxs kimi hesab edirəm ki, beş illik fəaliyyətim davam etdirilməli idi. Amma partiya və onun idarə heyəti var və mən hər zaman bəyan etmişəm ki, idarə heyətinin qərarına uyğun hərəkət edəcəyəm", - Simonyan deyib.

Alen Simonyan ona prezidentlik təklif olunmasına dair xəbərlərə də münasibət bildirib. O, belə bir söhbətin olmadığını vurğulayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl vitse-spiker Ruben Rubinyan Ermənistanın yeni formalaşacaq parlamentinin sədri vəzifəsinə namizəd seçilib./APA

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости