https://news.day.az/azerinews/1845540.html Elektrik dirəyinin kəsilməsi yanğına səbəb oldu: Əkin sahələri külə döndü Türkiyənin Silivri rayonunda istifadəsiz elektrik dirəyinin kəsilməsi zamanı yaranan qığılcımlar yanğına səbəb olub. Güclü küləyin təsiri ilə alovlar qısa müddətdə əkin sahələrinə və günəbaxan tarlalarına yayılıb.

Elektrik dirəyinin kəsilməsi yanğına səbəb oldu: Əkin sahələri külə döndü

Azərbaycanca, 2 июля 2026 15:02 (UTC +04:00) 301
Elektrik dirəyinin kəsilməsi yanğına səbəb oldu:

Türkiyənin Silivri rayonunda istifadəsiz elektrik dirəyinin kəsilməsi zamanı yaranan qığılcımlar yanğına səbəb olub. Güclü küləyin təsiri ilə alovlar qısa müddətdə əkin sahələrinə və günəbaxan tarlalarına yayılıb.

Day.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər, su çənləri və təhlükəsizlik qüvvələri cəlb olunub.

Ətraf kəndlərin fermerləri də traktor və su çənləri ilə söndürmə işlərinə dəstək veriblər. Yanğın yaşayış məntəqələrinə çatmadan nəzarətə götürülüb.

Hadisə nəticəsində geniş əkin sahələri, bəzi konteynerlər və tikililər zərər görüb. Yanğının səbəbi ilə bağlı araşdırma başladılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости