Psixoloq qəhvə asılılığı barədə xəbərdarlıq edib

Rusiyalı psixoloq Mariya Ros bildirib ki, bir çox insanlar gün ərzində enerjini saxlamaq üçün qəhvədən asılı hala gəlirlər.

Day.Az xəbər verir ki, onun sözlərinə görə, bu vəziyyətin əsas səbəbi səhv gündəlik vərdişlər və xüsusilə günə düzgün başlanmamasıdır.

Psixoloq qeyd edir ki, səhər oyandıqdan dərhal sonra telefon və sosial şəbəkələrə baxmaq dopamin axınını süni şəkildə artırır və orqanizmin təbii enerji tənzimlənməsini pozur. Nəticədə insan günboyu yorğun və halsız hiss edir, bu da daha çox qəhvə istehlakına səbəb olur.

Mariya Ros vurğulayır ki, qəhvə sadəcə bir vərdiş və ya zövq içkisi kimi qəbul edilməlidir, əsas enerji mənbəyi kimi yox. Onun fikrincə, enerji səviyyəsini artırmaq üçün ilk növbədə səhər rutinini dəyişmək və sağlam vərdişlər formalaşdırmaq daha vacibdir.