https://news.day.az/azerinews/1845682.html “Wizz Air” Bakı ilə Bratislava arasında birbaşa uçuşlara başlayır Heydər Əliyev Beynəlxalq Aeroportu marşrut şəbəkəsini genişləndirməyə davam edir. 2026-cı il sentyabrın 29-dan etibarən Avropanın ən böyük aşağıbüdcəli aviaşirkəti olan "Wizz Air" Bratislava - Bakı - Bratislava marşrutu üzrə birbaşa müntəzəm reyslərə başlayacaq.

“Wizz Air” Bakı ilə Bratislava arasında birbaşa uçuşlara başlayır

Azərbaycanca, 3 июля 2026 10:11 (UTC +04:00) 296
“Wizz Air” Bakı ilə Bratislava arasında birbaşa uçuşlara başlayır

Heydər Əliyev Beynəlxalq Aeroportu marşrut şəbəkəsini genişləndirməyə davam edir. 2026-cı il sentyabrın 29-dan etibarən Avropanın ən böyük aşağıbüdcəli aviaşirkəti olan "Wizz Air" Bratislava - Bakı - Bratislava marşrutu üzrə birbaşa müntəzəm reyslərə başlayacaq. Uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.

Day.Az xəbər verir ki, yeni istiqamətin açılması Azərbaycan ilə Slovakiya arasında hava əlaqələrinin daha da möhkəmlənməsinə, turizm və işgüzar səfərlər üçün əlavə imkanların yaradılmasına, həmçinin sərnişinlərə Mərkəzi Avropanın perspektivli istiqamətlərindən birinə daha sərfəli və rahat çıxışın təmin edilməsinə xidmət edəcək. Bu marşrut Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq marşrut şəbəkəsinin inkişafı istiqamətində atdığı növbəti mühüm addımdır.

Reyslər üzrə aviabiletlər artıq "Wizz Air" aviaşirkətinin rəsmi internet səhifəsində və digər satış kanalları vasitəsilə əldə edilə bilər. 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости