https://news.day.az/azerinews/1845737.html Hikmət Hacıyev iqtisadiyyat professoru Ceffri Saksla görüşüb - FOTO Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iqtisadiyyat professoru Ceffri Saksla görüşüb. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi "X" sosial şəbəkəsindəki rəsmi hesabında yazıb.

Hikmət Hacıyev iqtisadiyyat professoru Ceffri Saksla görüşüb - FOTO

Azərbaycanca, 3 июля 2026 13:08 (UTC +04:00) 280
Hikmət Hacıyev iqtisadiyyat professoru Ceffri Saksla görüşüb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iqtisadiyyat professoru Ceffri Saksla görüşüb.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi "X" sosial şəbəkəsindəki rəsmi hesabında yazıb.

"Bakıya səfəri çərçivəsində dünya şöhrətli iqtisadiyyat professoru Ceffri Saksla məhsuldar görüş keçirdim. Biz dayanıqlı inkişaf, geosiyasət və geoiqtisadiyyat məsələləri üzrə fikir mübadiləsi apardıq, həmçinin Böyük Xəzər regionu konsepsiyasını, Azərbaycanın orta güc kimi artan rolunu, sülh gündəliyimizi və regional məsuliyyətin əhəmiyyətini müzakirə etdik.

Onun Şərq-Qərb marşrutu üzrə elektromobillərlə səyahəti nəzərdə tutan "Marco Polo - Drive of Peace" adlı təşəbbüsü dialoqun və qarşılıqlı əlaqələrin təşviqi baxımından ilhamverici nümunədir", - deyə paylaşımda bildirilir.

  • Hikmət Hacıyev iqtisadiyyat professoru Ceffri Saksla görüşüb
  • Hikmət Hacıyev iqtisadiyyat professoru Ceffri Saksla görüşüb
  • Hikmət Hacıyev iqtisadiyyat professoru Ceffri Saksla görüşüb
  • Hikmət Hacıyev iqtisadiyyat professoru Ceffri Saksla görüşüb
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости