https://news.day.az/azerinews/1845785.html Mebel sahəsi üzrə 31 yeni dövlət standartı qəbul edildi Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən mebel sahəsində yeni 31 dövlət standartları qəbul edilib. Day.Az bu barədə Dövlət Agentliyinə istinadən xəbər verir.

Mebel sahəsi üzrə 31 yeni dövlət standartı qəbul edildi

Azərbaycanca, 3 июля 2026 15:36 (UTC +04:00) 294
Mebel sahəsi üzrə 31 yeni dövlət standartı qəbul edildi

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən mebel sahəsində yeni 31 dövlət standartları qəbul edilib.

Day.Az bu barədə Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bu dövlət standartlarının qəbulunda məqsəd ölkədə mebel sənayesinin inkişafı, bu sahədə istehsal olunan məhsulların keyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsi, ixrac məhsullarının çeşidinin və rəqabət qabiliyyətinin artırılması, eləcə də sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, istehlakçıların tələb və gözləntilərinin təmin edilməsindən ibarətdir.

Yeni dövlət standartı layihələri AZSTAND tərəfindən təsis edilən "Mebel sənayesi məhsulları" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 14) təqdimatları əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Qeyd edək ki, sözügedən dövlət standartları "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı" çərçivəsində qəbulu nəzərdə tutulan "Mebel məhsullarının təhlükəsizliyi haqqında" texniki reqlamentin istinad standartları sırasına daxildir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости