Endi Bernem rəsmən Britaniyanın baş naziri oldu
Endi Bernem rəsmən Böyük Britaniyanın yeni baş naziri kimi vəzifələrinin icrasına başlayıb. O, son on il ərzində bu vəzifəyə gələn yeddinci baş nazirdir.
Day.Az xəbər verir ki, bu barədə AP məlumat yayıb.
Kir Starmerin fəaliyyətini başa vurması ilə bağlı bəyanatının ardından Bernem Kral III Çarlzla görüşüb və onun hökuməti formalaşdırmaq dəvətini rəsmən qəbul edib.
Bukinqem sarayı Kral III Çarlz və Endi Bernemin əl sıxdığı fotonu yayımlayıb.
Xatırladaq ki, Endi Bernem ötən həftə hakim Leyboristlər Partiyasının lideri vəzifəsində Kir Starmeri əvəz etmişdi.
Endi Bernem 7 yanvar 1970-ci ildə İngiltərənin Liverpul şəhərində anadan olub. O, gənc yaşlarından Leyboristlər Partiyasına qoşulub, 2001-ci ildə ilk dəfə parlamentə deputat seçilib və müxtəlif illərdə Böyük Britaniya hökumətində səhiyyə naziri, mədəniyyət naziri və baş xəzinədarlıq katibi kimi yüksək vəzifələrdə çalışıb. 2017-2026-cı illərdə Böyük Mançesterin meri olub və bu dövrdə ictimai nəqliyyatın islahatı, sosial siyasət və regional inkişaf sahəsində fəaliyyəti ilə tanınıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре