https://news.day.az/azerinews/1852326.html Məhəmməd Salah "Trabzonspor"la müqavilə imzalamaq üçün Türkiyəyə gəlib Misirli hücumçu Məhəmməd Salah Türkiyənin "Trabzonspor" klubu ilə müqavilə imzalamaq üçün bu ölkəyə gəlib. Day.Az xəbər verir ki, bu barədə klubun X sosial şəbəkəsindəki rəsmi hesabında məlumat yayılıb. Bundan əvvəl KİV-də 34 yaşlı futbolçunun "Trabzonspor"la iki illik müqavilənin şərtlərini razılaşdırdığı bildirilmişdi.

Məhəmməd Salah "Trabzonspor"la müqavilə imzalamaq üçün Türkiyəyə gəlib

Azərbaycanca, 6 августа 2026 08:02 (UTC +04:00) 175
Məhəmməd Salah "Trabzonspor"la müqavilə imzalamaq üçün Türkiyəyə gəlib

Misirli hücumçu Məhəmməd Salah Türkiyənin "Trabzonspor" klubu ilə müqavilə imzalamaq üçün bu ölkəyə gəlib.

Day.Az xəbər verir ki, bu barədə klubun X sosial şəbəkəsindəki rəsmi hesabında məlumat yayılıb.

Bundan əvvəl KİV-də 34 yaşlı futbolçunun "Trabzonspor"la iki illik müqavilənin şərtlərini razılaşdırdığı bildirilmişdi.

Məhəmməd Salahın son klubu İngiltərənin "Liverpul" komandası olub. O, bu yay klubdan ayrılıb.

Salah "Liverpul"un heyətində iki dəfə İngiltərə çempionu (2019/2020 və 2024/2025), UEFA Çempionlar Liqasının (2018/2019) və klublararası dünya çempionatının (2019) qalibi olub. O, həmçinin İngiltərə Kubokunu (2021/2022), İngiltərə Liqa Kubokunu (2021/2022 və 2023/2024), İngiltərə Superkubokunu (2022) və UEFA Superkubokunu (2019) qazanıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости