https://news.day.az/azerinews/1852740.html 17 yaşlı qızın nişanında mediaya hücum olundu - VİDEO Ağdaş rayonunda nikah yaşına çatmayan şəxsin planlaşdırılan nişan mərasimi zamanı çəkiliş aparan media qurumlarının əməkdaşlarına hücum olunub. Day.Az xəbər verir ki, çəkiliş aparmaq istəyən media qurumları hadisəni işıqlandırmaq məqsədilə əraziyə yollanıblar.

17 yaşlı qızın nişanında mediaya hücum olundu - VİDEO

Azərbaycanca, 8 августа 2026 00:55 (UTC +04:00) 207
17 yaşlı qızın nişanında mediaya hücum olundu

Ağdaş rayonunda nikah yaşına çatmayan şəxsin planlaşdırılan nişan mərasimi zamanı çəkiliş aparan media qurumlarının əməkdaşlarına hücum olunub.

Day.Az xəbər verir ki, çəkiliş aparmaq istəyən media qurumları hadisəni işıqlandırmaq məqsədilə əraziyə yollanıblar. Bu zaman toy sahibləri çəkilişə etiraz edərək televiziya əməkdaşlarına hücum edib, onlara qarşı zorakılıq tətbiq ediblər.

---------------

Ağdaş rayonunda nikah yaşına çatmayan şəxsin nişan mərasiminin olması barədə daxil olmuş məlumat üzrə polis tərəfindən araşdırma aparılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Day.Az-a bildirilib ki, faktla bağlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri tədbirlər icra edilib.

Araşdırmalar zamanı qızın oktyabr ayında 18 yaşının tamam olacağı müəyyən edilib. Polis əməkdaşları, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости