https://news.day.az/azerinews/1852741.html Sumqayıtda yol çöküb - VİDEO Sumqayıtın Üzeyir Hacıbəyov küçəsində avtomobil yolu çöküb. Day.Az Xəzər TV-yə istinadən bildirir ki, çökmə genişlənərək yaşayış binasına doğru irəliləyir. Mövcud vəziyyət nəticəsində yaxınlıqdakı obyeklər hər an uça bilərlər.

Sumqayıtda yol çöküb - VİDEO

Azərbaycanca, 8 августа 2026 00:50 (UTC +04:00) 187
Sumqayıtda yol çöküb

Sumqayıtın Üzeyir Hacıbəyov küçəsində avtomobil yolu çöküb.

Day.Az Xəzər TV-yə istinadən bildirir ki, çökmə genişlənərək yaşayış binasına doğru irəliləyir. Mövcud vəziyyət nəticəsində yaxınlıqdakı obyeklər hər an uça bilərlər.

İlkin məlumata görə, yolun alt hissəsindən keçən iri diametrli kanalizasiya kollektorunun partlaması nəticəsində asfalt örtüyü çöküb və çökmə hər gün daha da genişlənir. Hadisə yerində təhlükəsizlik məqsədilə mühafizə tədbirləri görülsə də, problem həll olunmayıb.

Məsələ ilə bağlı Sumqayıt Sukanal İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, hadisə yerinə baxış keçirilib və insanların təhlükəsizliyi nəzərə alınaraq ərazi tam mühafizəyə götürülüb. Qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görüləcək və problem qısa müddət ərzində həllini tapacaq.

Daha ətraflı videomaterialı təqdim edirik.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости