https://news.day.az/azerinews/1852749.html
İsmayıllıda ağır qəza - 5 nəfər yaralanıb
İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Day.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Talıstan altı adlanan ərazisində qeydə alınıb. Belə ki, VAZ-2106 markalı avtomobillə "Kia" markalı avtomobil toqquşub.
İsmayıllıda ağır qəza - 5 nəfər yaralanıb
İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Day.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Talıstan altı adlanan ərazisində qeydə alınıb.
Belə ki, VAZ-2106 markalı avtomobillə "Kia" markalı avtomobil toqquşub.
Qəza nəticəsində Bakı sakinləri, 1959-cu il təvəllüdlü Lətifət Məmmədova və 1996-cı il təvəllüdlü İbrahim Məmməli, həmçinin İsmayıllı sakinləri, 1959-cu il təvəllüdlü Cavid Süleymanov, 2011-ci il təvəllüdlü Fatimə Zəhra Vahabzadə və 1984-cü il təvəllüdlü Sahil Məmmədov ağır bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре