https://news.day.az/azerinews/1853100.html Qeyri-sabit hava davam edəcək - XƏBƏRDARLIQ Azərbaycanda qeyri-sabit hava avqustun 14-dək davam edəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmi saytında dərc olunmuş məlumatda bildirilib. Qeyd edilib ki, Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 14-dək davam edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.

Qeyri-sabit hava davam edəcək - XƏBƏRDARLIQ

Azərbaycanca, 10 августа 2026 15:40 (UTC +04:00) 163
Qeyri-sabit hava davam edəcək

Azərbaycanda qeyri-sabit hava avqustun 14-dək davam edəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmi saytında dərc olunmuş məlumatda bildirilib.

 

Qeyd edilib ki, Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 14-dək davam edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.

"Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, avqustun 11-12-də əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların güclənəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur", - deyə məlumatda qeyd edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости