https://news.day.az/azerinews/1853381.html İslam Maxaçev UFC tarixində ən uzun qələbə seriyası üzrə rekord müəyyənləşdirə bilər Avqustun 15-də Filadelfiyada keçiriləcək "UFC 330" turnirinin əsas döyüşündə yarımorta çəki dərəcəsində hazırkı çempion İslam Maxaçev İen Maçado Qerri ilə qarşılaşacaq. AZƏRTAC xəbər verir ki, dağıstanlı döyüşçü rəqibini məğlub edəcəyi təqdirdə UFC tarixində ən uzun qələbə seriyası üzrə yeni rekord müəyyənləşdirəcək.

İslam Maxaçev UFC tarixində ən uzun qələbə seriyası üzrə rekord müəyyənləşdirə bilər

Azərbaycanca, 11 августа 2026 16:52 (UTC +04:00) 149
İslam Maxaçev UFC tarixində ən uzun qələbə seriyası üzrə rekord müəyyənləşdirə bilər

Avqustun 15-də Filadelfiyada keçiriləcək "UFC 330" turnirinin əsas döyüşündə yarımorta çəki dərəcəsində hazırkı çempion İslam Maxaçev İen Maçado Qerri ilə qarşılaşacaq.

AZƏRTAC xəbər verir ki, dağıstanlı döyüşçü rəqibini məğlub edəcəyi təqdirdə UFC tarixində ən uzun qələbə seriyası üzrə yeni rekord müəyyənləşdirəcək.

Maxaçev peşəkar MMA karyerasında 28 qələbə qazanıb, bir dəfə məğlub olub. Qerrinin hesabında isə 17 qələbə və bir məğlubiyyət var. Maxaçev UFC-də isə ardıcıl 16 dəfə rəqiblərinə qalib gəlib və bu göstərici üzrə əfsanəvi Anderson Silvanın rekordunu təkrarlayıb. Qerri üzərində mümkün qələbə Maxaçevi rekordun mütləq sahibi edəcək.

Qeyd edək ki, İen Maçado Qerri ilə döyüş İslam Maxaçev üçün yarımorta çəki dərəcəsində ilk titul müdafiəsi olacaq. O, 2025-ci il noyabrın 15-də Nyu-Yorkda keçirilmiş "UFC 322" turnirinin əsas döyüşündə avstraliyalı Cek Della Maddalena üzərində qələbə qazanaraq UFC-nin yarımorta çəki üzrə çempionu olub. O, bundan əvvəl yüngül çəki dərəcəsində çempion idi və titulunu dörd dəfə qoruyub. Maxaçev yarımorta çəkiyə keçmək üçün 2025-ci ilin mayında yüngül çəki üzrə çempionluq kəmərindən imtina edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости