https://news.day.az/azerinews/1854324.html Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs SAXLANILDI Masallı rayon sakini C.Ağayev idarə etdiyi "VAZ-2101" markalı avtomobillə Astara rayonu ərazisində yerləşən stasionar postda Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb, sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçirilməsi təmin olunub.

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs SAXLANILDI

Azərbaycanca, 17 августа 2026 09:36 (UTC +04:00) 165
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs

Masallı rayon sakini C.Ağayev idarə etdiyi "VAZ-2101" markalı avtomobillə Astara rayonu ərazisində yerləşən stasionar postda Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb, sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçirilməsi təmin olunub.

BDYPİ-dən Day.Az-a verilən məlumata görə, müayinə nəticəsində C.Ağayevin narkotik maddə qəbul etdiyi və narkotik sərxoşluğu vəziyyətində olduğu müəyyən edilib.

Məhkəmənin qərarı ilə C.Ağayev 15 gün müddətinə inzibati qaydada həbs olunub.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsini idarə etmək təkcə sürücünün özünün deyil, digər yol hərəkəti iştirakçılarının da həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır. Bu cür hüquqazidd əməllərə yol verən şəxslərə qarşı qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости