https://news.day.az/azerinews/1855104.html 2030-cu ilədək Turizm Səfiri Proqramının yaradılması nəzərdə tutulur 2030-cu ilədək Azərbaycan Respublikası üçün Turizm Səfiri Proqramının yaradılması nəzərdə tutulur. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

2030-cu ilədək Turizm Səfiri Proqramının yaradılması nəzərdə tutulur

Azərbaycanca, 20 августа 2026 17:08 (UTC +04:00) 200
2030-cu ilədək Turizm Səfiri Proqramının yaradılması nəzərdə tutulur

2030-cu ilədək Azərbaycan Respublikası üçün Turizm Səfiri Proqramının yaradılması nəzərdə tutulur.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Bununla bağlı məsələlər Dövlət Turizm Agentliyinə həvalə edilib. Digər icraçı qurum isə Xarici İşlər Nazirliyidir.

İlkin olaraq bu istiqamətdə turizm səfirlərinin iştirakı ilə Azərbaycana tanıtım səfərlərinin təşkili, sosial media və rəqəmsal platformalarda tanıtım kampaniyalarının həyata keçirilməsi planlaşdırılır. Bu məqsədlə azı 1 beynəlxalq tanınmış şəxsin Turizm Səfiri kimi cəlb edilməsi, minimum 5 birgə rəqəmsal məzmunun hazırlanması və azı 50 milyon baxış və yüksək əhatə göstəricilərinin əldə edilməsi hədəflənir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости