https://news.day.az/azerinews/1854336.html Azərbaycan təbii qaz ixracını artırıb Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 4,882 milyard ABŞ dolları dəyərində 14,428 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Day.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilib.

Azərbaycan təbii qaz ixracını artırıb

Azərbaycanca, 17 августа 2026 10:31 (UTC +04:00) 149
Azərbaycan təbii qaz ixracını artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 4,882 milyard ABŞ dolları dəyərində 14,428 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib.

Day.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilib.

Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təbii qaz ixracının dəyəri 386,7 milyon ABŞ dolları və ya 7,3% azalıb, həcmi isə 18,019 milyon ton və ya 0,1% artıb.

Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində bildirib ki, hazırda Azərbaycan təbii qazı 16 ölkəyə ixrac edir.

"Bu gün Azərbaycan boru kəməri ilə qaz təchizatının coğrafiyası baxımından birinci yerdədir. Biz təbii qazı 16 ölkəyə nəql edirik. Onların sayı ilbəil artır və artmaqda davam edəcək. Neft təchizatı daha çox ölkələri əhatə edir və bu, hasilatçı, tranzit ölkələrə və istehlakçıların hamısına fayda gətirir.

Beləliklə, bu, yaradılmış komanda işidir və həqiqətən, layihələrin mürəkkəb icrası, maliyyələşməsi, relyefi, qarşımızda olan müxtəlif siyasi maneələr baxımından unikaldır", - deyə dövlət başçısı vurğulayıb.

Azərbaycanın Energetika naziri Pərviz Şahbazov isə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən "Davamlı və şaxələndirilmiş enerji gələcəyi naminə beynəlxalq əməkdaşlıq" mövzusunda nazirlərin plenar sessiyasında deyib ki, ötən il Avropa İttifaqına boru kəməri idxal olunan qazın ümumi həcmində Azərbaycanın payı 8,1 faiz təşkil edib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın strateji əhəmiyyəti istehsal etdiyi enerjinin həcmi ilə deyil, regionları və bazarları nə dərəcədə səmərəli şəkildə birləşdirə bilməsi ilə müəyyən olunur.

"Azərbaycan 20-dən çox ölkəyə neft ixrac edir, Azərbaycan təbii qazını alan ölkələrin sayı isə 16-ya çatıb ki, bu da ölkəmizi boru kəməri qazı ixracının coğrafi əhatəsinə görə dünya liderləri sırasına çıxarır", - deyə nazir bildirib.

P.Şahbazov qeyd edib ki, ötən il Azərbaycanın payına Avropa İttifaqının boru kəməri qazı idxalının 8,1 faizi düşüb.

"Ötən il və cari ilin ilk dörd ayı ərzində Azərbaycan Avropaya 16,7 milyard kubmetr, Türkiyəyə 12,8 milyard kubmetr, Gürcüstana 3,3 milyard kubmetr, Suriyaya isə 800 milyon kubmetr qaz ixrac edib", - deyə o əlavə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости